“Minsk 2019”un bağlanışında Azərbaycanın bayraqdarı bəlli oldu

19:36 30-06-2019 817

“Minsk 2019” II Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. 

Bu barədə HerGun.Az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşına gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Onun sözlərinə görə, bugünkü tədbirdə iştirakçı ölkələrin keçidi zamanı bayrağı karateçi Asiman Qurbanlı daşıyacaq.

Qurbanlı ötən gün 84 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal . Azərbaycan isə Oyunları beş qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

Səbuhi Musayev