Bu gün Moskvada MDB hökümət başçılarının iclası keçiriləcək

08:40 25-10-2019 617

Bu gün Moskvada (Rusiya) Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının iclası keçiriləcək.

HerGun.Az MDB-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbir "Skolkovo" texnoparkında baş tutacaq.  

Hökumət başçıları MDB ölkələrinin qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

İclasın gedişatında dövlətlərin əməkdaşlığı konsepsiyasının - cəmiyyətin rəqəmli inkişafı və onun reallaşdırması üzrə başlanğıc tədbirlərin planı sahəsində, həmçinin “MDB ölkələrinin informasiya təhlükəsizliyi təminatı strategiyası” müzakirə olunacaq.

Bundan başqa, iclasın gedişatında ölkələrin standartlaşdırma, veterenariya, narkotiklərlə mübarizə və digər sahələrdə əməkdaşlığın tənzimləyməsinə dair bir sıra sənədlər imzalanacaq.