Berdiməhəmmədovdan Xəzər dənizi ilə bağlı - ÇAĞIRIŞ

16:00 25-10-2019 779

Türkmənistan hesab edir ki, Qoşulmama Hərəkatı olaraq atdığımız addımlar, qəbul etdiyimiz qərarlar bu gün də aktuallığını itirmir. Dünya birliyi bizi qlobal təhlükəsizlik üçün çalışan təşkilat kimi qəbul etməlidir. 

HerGun.Az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatının Zirvə Görüşündə deyib. 

O vurğulayıb ki, Türkmənistan BMT-nin Baş Assambleyasının qəbul etdiyi bütün qərarları qəbul edir: 

“Terrorçuluğa qarşı mübarizə qlobal çağırışlardan biridir. Türkmənistan qəti şəkildə BMT-nin qlobal anti-terror siyasətinin keçirməsinin tərəfdarıdır. Bu gün mühüm çağırışlardan biri Qoşulmama Hərəkatının qlobal iqtisadiyyatda iştirak etməsidir”. 

Prezident bildirib ki, Qoşulmama Hərəkatı ümumi mövqedən çıxış edərək inkişaf etməkdə olan ölkələrə dəstək verməlidir.

“Biz məsuliyyətli formada öz iqtisadi gündəliyimizi təşviq etməliyik. Biz qlobal enerji təhlükəsizliyinin davamlı şəkildə formalaşdırılmasında iştirak etməliyik”, - deyə o əlavə edib. 

Q.Berdiməhəmmədov çıxışında onu da qeyd edib ki, Xəzər dənizinin ekoloji mühitinin qorunması olduqca önəmlidir.

Aqşin Kərimov