Rusiyanı “Avroviziya”da təmsil edən müğənni Ukraynada deputat ola bilər

22:00 30-06-2019 904

Müğənni Anastasiya Prixodko Rada üçün keçiriləcək seçkilərdə Vinnitsa seçki dairəsində “Batkivşina” partiyasının namizədi ola bilər.

Bu barədə UNİAN Ukrayna Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir.

Anastasiya Prixodko 2007-ci ildə Rusiyanın “Ulduzlar fabriki-7” televiziya şousunda qələbəsindən sonra şöhrət qazanıb. 2009-cu ildə müğənni Rusiyanı “Mamo” mahnısı ilə “Avroviziya” mahnı müsabiqəsində təmsil edib və 11-ci olub.

Bu ilin fevral ayında Prixodko müsabiqədə Rusiya adından iştirak etdiyi üçün təəssüfləndiyini bəyan edib.