“Microsoft” Pentaqonun pulunu uddu – Ən çox “Amazon” təəccübləndi

07:00 26-10-2019 404

“Microsoft” Pentaqon üçün bulud texnologiyaları üzrə 10 mlrd dollarlıq müqaviləni qazandı. Korporasiya hərbçilərin pulu uğrunda mübahisədə  “Amazon”, “Oracle” və IBM kimi rəqiblərini üstələyib.

“MarketWatch”un verdiyi məlumata əsasən, Müdafiə Nazirliyinin qərarı ən çox “Amazon”u təəccübləndirib. Belə ki, MKX və ABŞ-ın müxtəlif hökumət agentliklərini avadanlıqlarla təchiz edən məhz bu şirkət müsabiqənin favoriti hesab edilirdi.

 ““Amazon”, sözsüz ki, bulud texnologiyalarında liderdir. Müsabiqə ilə bağlı qərar bizə qaranlıq qaldı”, - deyə “MarketWatch”ə şirkətin nümayəndəsi bildirib. O əlavə edib ki, Pentaqona ən üstün şərtlər “Amazon” tərəfindən təklif edilmişdi.  

“Reuters” bildirir ki, “Amazon”un məğlubiyyəti şirkətin rəhbəri Ceff Bezosun ABŞ prezidenti Donald Trampla mürəkkəb münasibətləri fonunda olub. Belə ki, Amerika lideri özünün “Washington Post” qəzetində cari administrasiyanı müxtəlif xətalarda ittiham edən biznesmeni  dəfələrlə tənqid atəşinə tutub.