Portuqaliyada “sifətsiz” uşaq doğulub - FOTO

08:00 26-10-2019 707

Portuqaliyanın San-Bernardu-de-Setubal şəhərində xəstəxanaların birində oktyabrın 7-də nadir sifət deffekti olan uşaq anadan olub.

Bu barədə “Correio da Manhã” nəşri yazır.

Bildirilir ki, uşağın sifətində gözlər, burun və kəllə sümüyünün bir hissəsi yoxdur. Həkimlər onun cəmi bir neçə saat yaşayacağını proqnozlaşdırmışdılar. Lakin valideynləri Marlen və Davidin qayğısı nəticəsində körpə iki həftə keçməyinə baxmayaraq, nəinki hələ də yaşayır, o, artıq müstəqil surətdə şüşədən qidalanır da.

Cütlük baş verənlərdə Marlenin hamiləliyini nəzarətdə saxlayan həkim Artur Karvalonu günahlandırır. 

Onların sözlərinə əsasən, ultrasəs müayinələrin heç birində həkim patologiyanı görməyib. Əksinə, hər dəfə o, valideynləri uşağın sağlam olduğunda əmin edib.

Hazırda tibb işçisinin barəsində araşdırmalar aparılır. Bildirilir ki, bir müddət öncə  barmaqları bir-birinə yapışmış övladı doğulan başqa bir qadın da Karvalodan rəsmi şikayət etmişdi.