Trampın tviti istifadəçiləri çaşdırdı: İstefa məsələsi də ola bilər

07:00 27-10-2019 464

ABŞ prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində izləyicilərini çaşdıran post yerləşdirib.

“Bu dəqiqə taleyüklü hadisə baş verdi”, - deyə Amerika lideri yazıb.

Sosial şəbəkə istifadəçiləri Trampın istefa verdiyini fərz ediblər.

Bəziləri 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürən Hilari Klintonun həbs olunub-olunmamağı ilə maraqlanıblar. Digərləri isə təxmin ediblər ki, Tramp amerikalı reper Kanye Vestin yeni albomunun işıq üzü görməyinə sevinib.