Çində kimya zavodunda partlayış olub: ölənlər var

01:00 01-07-2019 976

Çinin Anhui əyalətində yerləşən zavodların birində partlayış baş verib.

RİA Novosti” yazır ki, hadisə Banqbu şəhərindəki kimya zavodunda qeydə alınıb.

Təmirdə olan ehtiyat rezervuarında qalmış işçilərdən birini xilasetmə əməliyyatı zamanı partlayış olub.

Hadisə nəticəsində fəhlə və onu xilas etməyə gələn yanğınsöndürən ölüb, daha doqquz nəfər isə xəsarət alıb.