“Gelandewagen”in elektrik rəqibi sifarişləri qəbul edir – FOTO

05:40 28-10-2019 15

“Bollinger” şirkətinin istehsal etdiyi beşqapılı “cip” və “pikap”ı “Gelandewagen”ə əbəs yerə bənzətmirlər – onlar eyni üsulda hazırlanıb.

HerGun.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şirkət maşınların qiymətini elan edib və sifarişlərin qəbuluna start verib.

“Bollinger B1” və “B2” eyni platform üzərində qurulub və eyni gücə malikdir – 622 at gücü. Maşınlar tamamilə alüminiudan quraşdırılır, lakin çəkiləri 2 tondan artıqdır. Əsas ağırlığı 120 kilovatlıq akkumulyator yaradır: onun enerji ehtiyyatı 300 kilometlik avtoyürüşə imkan verir.

“Bollinger” 100 km/saat sürəti 4,5 saniyəyə əldə edir.

Maşının dibi zədələnmədən maksimum qorunmaq üçün kevlardan düzəldilir. Avtomobildə bütün şüşələri çıxartmaq mümkündür. “Bollinger” həm də 91 santimetrə qədər dərinliyi olan su manelərini asanlıqla dəf edir.  

Maşınin qiyməti 125 min dollardır. “Bollinger”i əldə etmək istəyən şəxs siifaşdən əlavə 1000 dollar da depozit ödəməlidir.

Maşının kütləvi istehsalı gələn ildən başlayırv ə br il ərzində sifarişçinin ünvanına çatdıılacaq.