Mikayıl Cabbarov İqtisadiyyat naziri kimi ilk görüşünü keçirdi

18:00 28-10-2019 496

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş Katibi Mukisa Kituyi ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında ticari-iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri, gələcək perspektivləri müzakirə edilib, həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.