Yasamalda kişini ürəyindən bıçaqladılar
23:20 28-10-2019 516
Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
HerGun.Az xəbər verir ki, insident Ə.Əhmədov küçəsi 31A ünvanında qeydə alınıb.
Belə ki, “Günəş pretrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında 1973-cü il təvəllüdlü Qasımov İsa İsmayıl oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olan İ.Qasımova döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu