11 yaşlı uşağı döyüb xəstəxanalıq etdilər
01:40 29-10-2019 597
Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.
HerGun.Az xəbər verir ki, hadisə Ş.Məmmədova küçəsi 3 ünvanının qarşısında qeydə alınıb.
Pərviz adlı şəxs xuliqanlıq zəmnində 2008-ci il təvəllüdlü Niyazzadə Ruslan İlqar oğlunu döyərək xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu