Dünya çempionatnda daha dörd sərbəst güləşçimizin rəqibi bəlli oldu

02:00 29-10-2019 518

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.  

HerGun.Az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaq.  

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığma üzvlərinin rəqibləri müəyyənləşib. 

61 kq 

Təsnifat – Əsgər Məmmədəliyev – Valenin Bliasetski (UKR) 

74 kq 

Təsnifat – Murad Süleymanov – Yaqor Akuliç (BLR) 

86 kq 

1/8 final – Hacımurad Məhəmmədsəidov – Yohannes Martin Deml (GER) 

92 kq 

1/8 final – Şamil Zubairov – Bojidar Mateyev Todorov (BUL)