“Bizim pulumuz hardadır?” – “Ararat-Moskva” klubu ətrafında qalmaqal

07:20 29-10-2019 582

Rusiya futbol çempionatının 3-cü divizionunda çxış edən “Ararat-Moskva” klubunun oyunçuları əmək haqlarının verilməməsindən şikayətlənirlər.

Sports.ru” xəbər verir ki, onlara 4 aydır maaş verilmir.

Çempionatın növbəti turunda futbolçular meydana “Bizim pulumuz hardadır?” yazısı olan köynəklərdə çıxıblar.

Bu aksiya “Ararat-Moskva”nın acınacaqlı vəziyyətinə diqqəti cəlb etmək üçün atılıb.

Komandanın baş məşqçısı Vasili Rojnov bildirib ki, klub rəhbərliyi maaşların paylanmasını dəfələrlə təxirə salıb.

“Mən 4 aydır komandanı çalışdırıram, lakin bir nə əmək haqqı, nə də premiya görməmişəm. Bizi vədlərlə yedizdirirlər. Mən belə halda oyunçuları necə məşq etdirim. Axı onların nəsə yediklərindən xəbərim yoxdur”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, əvvələr “Ararat-Moskva” adlı komanda mövcud olub. 2017-c ldə erməni diasporunun maliyy dəstəyi ilə kluba tanınmış futbolçular Roman Pavlyuçenko və Marat İzmaylov gətirilib.

Lakin sonra “Ararat-Moskva” Ermənistan çempionatına köçüb, onun əvəzinə isə Moskavda başqa eyni adl komanda yaranıb.

Yeni komandanın prezidenti keçmiş futbol agenti Valeri Oqanesyandır, əsas sponsoru isə tanınmış mediamaqnat Aram Qabriyelyanovdır.