22 yaşlı gənci döyüb xəstəxanalıq etdilər
02:00 31-10-2019 607
Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.
HerGun.Az xəbər verir ki, 1997-ci il təvəllüdlü Hüseynli Qurban Rza oğlu tanımadığı şəxslə mübahisə zəmnində döyülərək ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Ona açıq kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu