Yanğın qədim yapon qalasını məhv etdi - VİDEO

05:20 31-10-2019 509

Yaponiyanın cənubunda yanğın nəticəsində qədim Süri qəsri tamamilə məhv edilib.

TASS xəbər verir ki, yanğın gecə saatlarında Okinava adasında baş verib.

Burada 20-dən artıq yanğın söndürən heyət alovla mübarizə aparıb, lakin qədim qala külə dönüb.

Yerli polis hadisənin səbəblərini araşdırır.

Süri qəsri XIV əsrdə tikilib. 2000-ci ildə o YUNESKO-nun Ümumdünya irsi siyahısına əlavə olunubmuş.