Tramp qəhrəman iti uydurulmuş ordenlə təltif etdi - FOTO

08:20 31-10-2019 436

ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsində fərqlənmiş iti “mükafatlandırıb”

Bununla bağlı kollajı Tramp özünün “Twitter” səhifəsində yayımlayıb.

Uydurulmuş ordendə rəmz kimi it pəncəsinin izi təsvir edilib.

“Amerika qəhrəmanı!” – Tramp şəkli belə şərh edib.

Daha əvvəl məlum olub ki, hərbi əməliyyatda iştirak etmiş iti “belçika ovçarkası” cinsinə aiddir. Əməliyyatda yaralanan heyvan hazırda xəstəxanada müalicə alır.