Abşeronda dəhşət: avtomobil övladını məktəbə yola salan qadını vurub öldürdü

09:20 31-10-2019 551

Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb.

Report-un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, təxminən 40 yaşlı Saray qəsəbə sakini Esmira adlı xanımı (soyadı dəqiqləşdirilir - red) “Volkswagen” markalı, “99-NM-092” dövlət nömrə nişanlı avtomobil vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.