Bakıda evlərdən silsilə oğurluqlar edən Gürcüstan vətəndaşı tutulub

10:27 31-10-2019 545

Bakıda evlərdən silsilə oğurluqlar edən əcnəbi saxlanılıb.

Hergun.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 evdən külli miqdarda pul və zinət əşyaları oğurlayan Gürcüstan vətəndaşı, 1983-cü il təvəllüdlü David Qoçiaşvili tutulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən araşdırma aparılır.