Zaqatalada kişi ağacından yıxılıb öldü

14:00 31-10-2019 354

Zaqatalada xurma ağacından yıxılan kişi ölüb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Mazıx kəndində qeydə alınıb. 

Balakən rayonu, Katex kənd sakini 38 yaşlı Natiq Osmanov Mazıx kəndində ağacdan xurma yığarkən yıxılıb. 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılan N.Osmanov yolda ölüb. 

Qeyd edək ki, üç uşaq atası olan N.Osmanov fəhlə olub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.