Müştəri restorana şam yeməyinə görə 200 minlik hesab ödədi

19:20 31-10-2019 430

Çin sakini səhvən restoranda bir milyon yuandan (200 min manatdan) çox pul xərcləyib. Bu barədə “Asia One” xəbər verir.

Belə ki, yeni restoranın açılış günü bir nəfər 4 dostu ilə birlikdə şam yeməyinə gedib. O bütün stolun hesabını ödəməyi öz üzərinə götürüb.

Gecənin sonunda 85 yuan (1900 manat) dəyərində hesab gəlib. Kişi hesabı kartla ödəmək istəyib və kartı terminala yaxınlaşdırarkən hesabından 1 milyon yuandan (200 min manatdan) çox pul restoranın hesabına köçüb.

Hesabdakı kəskin artımı restoran rəhbərliyi bir gün sonra hiss edib. Onlar səhvi aşkarlayaraq dərhal müştərinin pulunu özünə qaytarıb.

Müştəri isə hesabındakı itkini yalnız restoranın müraciətindən sonra öyrənib və təəccüblənib.