Beren Saat jurnalistlərdən qaçmaq üçün harada gizləndi?

19:40 31-10-2019 917

Uzun müddətdir evliliyində problemlər yaşayan Beren Saat jurnlalistlərə açıqlama verməmək üçün maraqlı addım atıb.

Yaxın dostu aktyor Esra Dermancıoğlunun teatr tamaşasını izləməyə gedən aktrisa çətin vəziyyətə düşüb. O, jurnalistlərin evliliyi ilə bağlı suallarını cavablandırmamaq üçün tualetdə gizlənməyə məcbur olub.

Kənan Doğulu ilə küsüb-barışan aktrisa bütün suallar qarşısında səssizliyini qoruyub saxlayıb.

Qeyd edək ki, bir müddət əvvəl ayrı evdə yaşamağa başlayan Beren Saat evinə geri dönüb.

Hər ikisinin bir-birlərinə xəyanət etməsi haqqında iddialar yayılmışdı.

Sevinc Yasinqızı