23 yaşlı sevgilisini qısqandığı üçün 85 yaşlı qonşusunu öldürdü - VİDEO

20:40 31-10-2019 604

Türkiyənin Bakırköy bölgəsində Ali Malkara adlı şəxs 23 yaşlı sevgilisini qısqandığı üçün 85 yaşlı Hüseyn Seymanı öldürərək basdırdığını etiraf edib.

Qətl hadisəsi kameralar vasitəsilə aşkar olunub. Belə ki, görüntülərdə cinayətkar Ali Malkaranın yaşlı kişini öz maşınında apardığı, lakin geri qayıdarkən tək olduğu görülüb. Cinayətin silahla törədildiyi müəyyən edilib.

Qeyd edək ki, Hüseyn Seyman qatilin sevgilisinin qonşusu olub və gənc qızı mənəvi övladı kimi oxutdurub, memar olmağına kömək edib. 

Hadisə nəticəsində həm Ali Malkara, həm də sevgilisi sorğuya aparılıb. Faktla bağlı araşdırma davam edir.