Şabranda ölümlə nəticələnən yol qəzası baş verib

21:40 31-10-2019 466

Şabranda yük maşını ilə minik avtomobili toqquşub.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, ölümlə nəticələnən hadisə Gəndob-Yalama yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin sürücüsü Vasif İsmayılov müxtəlif bədən xəsarətləri alıb.Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan Könül İsmayılova isə hadisə nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.