Beyləqanda qəza: Maşın su kanalına düşdü - FOTO

01:00 01-11-2019 379

Beyləqanda maşın su kanalına düşüb. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. 

Qəza zamanı iki “Mercedes” markalı minik maşını toqquşub. Zərbənin gücündən avtomobillərdən biri su kanalına düşüb. 

Nəticədə kanala düşən “Mercedes”in sürücüsü Mehti Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.