Təbriz küçəsində “Lada” “Audi”yə çırpılaraq onun yanmasına səbəb oldu - FOTO

03:20 01-11-2019 611

Nərimanov rayonunda 2 nəqliyyat vasitəsi toqquşub.

HerGun.Az xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Məmmədov Abdulla Akif oğlu idarə etdiyi “Lada Priora” markalı minik avtomobili işıqforun qırmızı işığından keçib. Bu zaman o, əks yoldan gələn "Audi" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zəbənin təsirindən “Audi” bir neçə metr irəliyə doğru gedərək ağaca çırpılıb. Bu zaman avtomobil yanmağa başlayıb.

Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin 2 briqadası və Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Yanan "Audi" markalı avtomobil söndürülüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu