Kişi ondan ayrılan sevgilisinə cəhənnəm yaşatdı

04:00 01-11-2019 444

Qadın keçmiş sevgilisi tərəfindən təqib olunduğu üçün evini tərk etmək məcburiyyətində qalıb. Bu barədə "The Mirror" xəbər verir.

Fitness təlimçisi işləyən 35 yaşlı Keyt Bruks üç il Hit Spikmen ilə münasibətdə olub və birgə yaşayıb. Cütlük 2018-ci ildə ayrılıb. Bundan sonra Spikmen keçmiş sevgilisini təqib etməyə başlayıb.

Bruksu geri qaytarmaq üçün Spikmen müxtəlif yollara əl atıb: gah ölümcül xəstəliyə tutulduğunu deyib, gah intihara cəhd edib, gah da cinsi yolla keçən xəstəliyə malik olduğunu söyləyib. Ümumilikdə qadına bu cür 1168 mesaj göndərən kişi sonda onu xəyanətdə günahlandırıb. Vəziyyət o həddə çatıb ki, qadın işə tək gedib-gələ bilməyib. Spikmen qadının həyatını cəhənnəmə çevirib.

Sonda Bruks keçmiş sevgilisinə görə həm evindən, həm işindən uzaqlaşıb. Amma yenə də təqiblərdən xilas ola bilməyib. Polisə müraciət edən qadın Spikmenin həbsindən sonra sakit həyatına qayıda bilib.