Lavrov “nənələrlə” doyunca qucağlaşdı – VİDEO

05:40 01-11-2019 457

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Buranov nənələri” musiqi kollektivinin iştirakçıları ilə doyunca qucağlaşıb.

Layf” xəbər verir ki, bu qeyri rəsmi hadisə Rusiya XİN-in qonaq evində keçirilən Udmurtiya Respublikasının iqtisadi və sərmayə potensialının nümayişi zamanı baş verib.

Lavrov ənənəvi mədəniyyətin təbliğinə görə “Buranov nənələri”nə minnətdarlıq bildirdi.

Buranova kəndindən olan folklor kollektiv 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışmasında Rusiyanı təmsil edərək, “Party For Everybody” mahnısı ilə ikinci yeri tutmaqla məşhurlaşmışdı.