Meyvezer – Həbibə: Gəl, uzadım səni yat

06:00 01-11-2019 540

Boks üzrə 5 ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova qarşı döyüşməyə hazırdı.

Bu barədə amerikalı ESPN-ə bildirib.

“Mən döyüşə hazıram hətta onun təşkilatçılığı ilə də məşğul ola bilərəm. Döyüş boks qaydaları ilə keçiriləcək. Bu mənim idman növümdü və əgər Həbib birinci dillənibsə deməli mənim dünyama gəlməlidir.

Mən onun müsahibəsini eşitmişəm. O deyir ki, mən Makqreqoru nokauta göndərə bilmədim, amma o irlandiyalını nokdaun etdi. Düzdü? Ok. Gəl, uzadım səni yat”, - əfsanəvi boks ustası bunu dedi.

Həm Floyd Meyvezer, həm də Həbib Nurməhəmmədov indiyə qədər uduzmayıb: amerikalının hesabı “58-0”, rusiyalının isə “27-0”dır.