“Elite”in yaxınlığında 39 yaşlı kişi bıçaqlandı

08:00 01-11-2019 581

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə “Elite” ticarət mərkəzinin yaxınlığındakı şossenin kənarında baş verib.

1980-ci il təvəllüdlü Xanlarov Şahsuvar Barat oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu