Tramp Nyu-Yorkdan köçəcəyini açıqladı

10:20 01-11-2019 417

Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməzdən əvvəl Nyu-Yorkdakı “Trump Tower” göydələni ABŞ liderinin əsas iqamətgahı olaraq bilinirdi.

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun yerli icra orqanlarının davranışlarının pis olmasına görə şəhər xəzinəsinə vergi ödəmək istəmədiyini açıqlayıb. Odur ki, ABŞ lideri vergi orqanlarına şəxsi yaşayış yerini Floridaya köçürdüyünü bildirib:

“Hər il şəhərə, ştata və yerli hakimiyyətə milyonlarla dollar vergi ödəməyimə baxmayaraq, həm şəhərin, həm də dövlətin yerli siyasi rəhbərləri tərəfindən mənə çox pis münasibət göstərilir.

Onlar çox az insana bu qədər pis rəftar ediblər. Mən oradan köçməyi, həqiqətən, istəmirdim, amma düşünürəm ki, bu, hamı üçün ən doğrusu olacaq”.