Samir Nuriyev: Etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm

16:40 01-11-2019 425

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni rəhbəri Samir Nuriyev İlham Əliyev tərəfindən yeni vəzifəyə təyin edilməsi ilə bağlı ilk açıqlama verib.

HerGun.Az-ın məlumatəna görə, o, yeni vəzifəyə təyinat aldığı üçün Prezidentə təşəkkür edib:

“Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Qeyd edək ki, İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib. O, bu vəzifədə Ramiz Mehdiyevi əvəzləyib.

İlhamə Əbülfət