Bakıda piyadaların uğursuz gecəsi: üç ayrı məkanda üç nəfəri maşın vurdu

01:00 02-11-2019 357

Paytaxtın müxtəlif ərazilərində piyadaların vurulması ilə nəticələnən avtomobil qəzaları baş verib. 

HerGun.Az xəbər verir ki, qəzalardan biri Səbail rayonunda qeydə alınıb.  

Minik avtomobili Dənizkənarı Bulvar İdarəsində mühafizəçi işləyən, 1984-cü il təvəllüdlü Məmmədov Samit Bayram oğlunu vurub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.  

Digər hadisə isə Masazır qəsəbəsi ərazisində baş verib. 

Avtomobil 1994-cü il təvəllüdlü Mirzəyev Ruslan Kazım oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti stabil qiymətləndirilir. 

Üçüncü qəza faktı isə Yasamal rayonunda qeydə alınıb. 

Hadisə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında, Hüseyn Cavid prospektində qeydə alınıb.  

Avtomobil yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şükürova Arzu İmamverdi qızını vurub.  

Yaralı xəstəxanaya yerləşdirilib.  

Hadisələrlə bağlı araşdırma aparılır. 

Kamil Əmirli

Elşad Mətləboğlu