Gəncədə 8 yaşlı uşaq xəstəxanada vəfat etdi

01:40 02-11-2019 378

Gəncədə 8 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.  

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Samux rayonunun Lək kəndində yaşayan Mustafalı Aytən Temurxan qızı Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında dünyasını dəyişib.  

Hələlik 2011-ci il təvəllüdlü M.Aytənin hansı səbəbdən həyatını itirdiyi məlum deyil.  

Faktla bağlı Gəncə şəhər prokurorluqunda araşdırma aparılır.