ABŞ-ın dövlət borcu rekord həddə çatdı

04:00 02-11-2019 366

ABŞ-ın dövlət borcu 23 trilyon dollara qədər artaraq rekord həddə çatıb.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş hesabatında deyilir.

Məlumata əsasən, sənəddə qeyd edilən rəqəm ölkənin dövlət borcunun oktyabrın 31-ə olan vəziyyətini əks etdirir. 

Borcun 2017-ci ildə Donald Tramp ölkə prezidenti seçilən zaman 20 trln dollardan az olduğu bildirilir.

Qeyd edilir ki, borc defisitə görə sürətlə artıb. 

Amerikalı iqtisadçılar bu rəqəmin 2026-cı ildə 30 trln dollara çatacağını proqnozlaşdırırlar.