Morqdan doğranmış uşaq cəsədlərinin fotoları yayımlandı

10:20 02-11-2019 418

Rusiyada morqdan doğranmış uşaq cəsədlərinin fotoları yayımlanıb.

Readovka”nin verdiyi məlumata görə, Anikey Borod adlı istifadəçi “VKontakte” səhifəsində morqdan masa üzərində olan çoxlu meyit fotoları paylaşıb. Meyitlərin bəziləri ekspertiza üçün doğranmış vəziyyətdə olub. Yarılmış cəsədlər arasında uşaq meyitləri də olub.

Sonradan bu səhifə bağlansa da, şəkillərin skrinşotları sosial şəbəkələrdə yayılıb. Bu paylaşımlar daha dəhşətli rəylərin ortaya çıxmasına səbəb olub. Başqa bir şəxs bildirib ki, tibb institutunda oxuduğu ilk ildə morqda bir qızla intim əlaqədə olub. Digər istifadəçi isə uşağın cəsədini “siçan” adlandıraraq onun üçün ayrıca tabut olmasını tənqid edib. 

Bu şəxslərin əqli problemli olduğu və ya hansısa təriqətin üzvü olduqları iddia olunub.

Xəbəri yayımlayan nəşr ehtimal edir ki, fotoları paylaşan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Bu səbəbdən Daxili İşlər Nazirliyinə bu barədə sorğu göndərilib.