Ekstra Avropa Oyunlarında Azərbaycan ilk medalını qazanıb

11:00 02-11-2019 383

İtaliyanın Bari şəhərində keçirilən taekvondo üzrə G4 kateqoriyalı Ekstra Avropa Oyunlarında ilk gündə Azərbaycan idmançısı medal qazanıb.

HerGun.Az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizəyə qatılan Həşim Məhəmmədov bürünc medala sahib olub.

Qeyd edək ki, dağıstanlı legionerimiz buna görə aktivinə 17,5 Olimpiya lisenziya xalı yazdırıb.

Səbuhi Musayev