Bakıda 14 yaşlı qız yoxa çıxdı

12:00 02-11-2019 326

Bakıda polislər üç gündür itkin düşən 14 yaşlı qızı axtarır.

HerGun.Az xəbər verir ki, hadisə oktyabrın 31-i, saat 15:00 radələrində baş verib. 

Belə ki, Binəqədi qəsəbəsi, Yeni massiv ərazisində yaşayan 2005-ci il təvəllüdlü R.Manafova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Bu barədə hüquq-mühafizə orqanlarına onun valideynləri ərizə ilə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli