Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdi

14:40 02-11-2019 486

Moskva-Bakı reysini həyata keçirən təyyarə Rusiyanın paytaxtındakı ehtiyat aerodromda eniş edib. 

Ren.tv xəbər verir ki, buna səbəb təyyarənin qabaq şüşəsində yaranmış nasazlıq olub. İnsident noyabrın 1-də baş verib. 

Hava gəmisi “Azərbaycan Hava Yolları”na aid olub. 

AZAL-dan HerGun.Az-a məlumatı təsdiqləyiblər. Şirkətdən saytımıza verilən açıqlamada bildirilib ki, insidentdən sonra Bakıdan Moskvaya əlavə təyyarə göndərilib və həmin hava gəmisi sərnişinləri Bakıya çatdırıb.