Lənkərandan Bakıya gələn 31 yaşlı qadın itkin düşdü

19:40 02-11-2019 395

Lənkərandan Bakıya gələn qadın itkin düşüb.

HerGun.Az xəbər verir ki, hadisə Əşlə kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü Sadıqzadə Röyalə Rəfaddin qızı oktyabrın 29-da saat 17 radələrində Bakıya gəlmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun anası müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva