Bərdədə 2 “Jiquli”nin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb

20:00 02-11-2019 374

Bərdə rayonunda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

“VAZ-2106” və “VAZ-21010” markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər xəsarət alıb. Xəsarət alanların adlarını təqdim edirik:

1991-ci il təvəllüdlü Hüseynov Əli Allahverdi oğlu; 

1988-ci il təvəllüdlü Aslanova Səbinə Zakir qızı; 

2011-ci il təvəllüdlü Aslanov Röyal Emin oğlu;

2010-cu il təvəllüdlü Aslanov Elxan Emin oğlu; 

2005-ci il təvəllüdlü Bayramov Vahid Daşqın oğlu;

1992-ci il təvəllüdlü Abışov Ağamurad Əsəd oğlu

Yaralılar dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır