Bərdədə partlayıcı vasitənin partlaması ər-arvadı xəstəxanalıq etdi - YENİLƏNİB

22:00 02-11-2019 394

Bərdədə partlayıcı vasitənin partlaması nəticəsində xəsarət alan iki nəfərdən birinin adı məlum olub.

Bu, Məmmədl Məhəmməd Elgiz oğludur. Digər xəsarət alan isə onun həyat yoldaşıdır. 

21:12

Bərdə rayonunda “aminal” partlayıcı vasitəsinin partlaması nəticəsində iki nəfər xəsarət alıb.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın əlində “aminal” partlayıcı vasitə ehtiyatsızlıqdan partlayıb.

Nəticədə gənc oğlan və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.