Toydan qayıdarkən qəza törətdilər: Ölənlər var

06:20 03-11-2019 511

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

HerGun.Az bildirir ki, Bakıdan Şamaxı istiqamətində hərəkətdə olana "Vita" sərnişin avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dairəvi hərəkət zolağından maniələrə deyərək aşıb.

İki nəfər hadisə yerində dünyasını dəyişib. Beş nəfər isə müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

İlkin məlumatlara görə, avtomobildəkilərin hamısı Balakən rayon sakinləri idi. Onlar Bakıdan toydan qayıdırdılar.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Aydın