ABŞ koalisiyası İŞİD-in tunellərini məhv etdi

06:40 03-11-2019 336

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası İraqın Naynava əyalətində İŞİD döyüşçülərinin gizləndiyi ehtimal olunan tunel və mağara sistemlərini məhv edib.

TASS-ın verdiyi məlumata görə, İŞİD terrorçularının daldanacaqlarının təsviyyə edilməsi, onları gizlənməkdən və terror planlaşdırmaqdan məhrum edir.

Pentaqon bildirir ki, döyüşçülər tunellərdə çarpayı, soba, işıqlandırma avadanlıqları quraşdırılmışdı. Tunellərin uzunluğu 400 m idi.