Sabirabadda üçotaqlı ev yandı

13:20 03-11-2019 355

Sabirabad rayonunda ev yanıb. 

FHN-dən HerGun.Az-a verilən məlumata görə, hadisə rayonun Cavad kəndində baş verib. 

Ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb.  

Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.