Sumqayıtda qəza, üç nəfər öldü

14:00 03-11-2019 336

Sumqayıtda iki minik avtomobili toqquşub. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə "Stansiya Sumqayıt" ərazisində qeydə alınıb. 

"Mitsubishi" və "Ravon" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.  

Faktla bağlı araşdırma aparılır.