Canavar sürüsü Xınalığa hücum etdi

16:40 03-11-2019 474

Qubada yağan güclü qardan sonra canavar sürüsü kəndə girib. Sürü halında dolaşan canavarlar Quba rayonun Xınalıq kəndin yaxınlığında müşahidə edilib. 

Kənd sakinləri HerGun.Az-ın bölgə müxbirinə bildiriblər ki, qar yağandan sonra ətrafda çox sayda canavar dolaşmağa başlayıb. 

Sürüdə qurdların sayı 7-8, bəzən isə daha çox olub.  

Kənd camaatı ayıq-sayıq olduğundan hələ ki, sakinlərə heç bir ziyan dəyməyib. 

Amma onların kənd üçün təhlükəli olduğu məlum məsələdir.  

Sakinlər bildirib ki, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər.