Sabah bu ərazilərdə su olmayacaq

22:00 03-11-2019 328

Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yeri dəyişdiriləcək. 

Azərsu ASC-dən verilən məlumata görə, texniki səbəblərdən bu gecədən Sumqayıt stansiyası və ətraf ərazilərə, həmçinin Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətrafdakı yaşayış massivlərinə noyabrın 4-ü axşam saatlarına qədər içməli suyun verilməsində məhdudiyyətlər olacaq.