U-23 yunan-Roma güləşi millimiz dünya çempionatını iki medalla başa vurdu

23:20 03-11-2019 427

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı sona çatıb.

HerGun.Az xəbər verir ki, 72 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Sənan Süleymanov gümüş medal qazanıb. O, finalda iranlı güləşçi Məhəmmədrza Gerayiyə 0:7 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Bununla da yunan-Roma güləşi üzrə yığmamız yeni baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında bir gümüş və bir bürünc medal qazanıb. Xatırladaq ki, dünən Zaur Əliyev (-55 kq) bürünc medal qazanmışdı.

Səbuhi Musayev