Psixoloqlar kişilərin və qadınların yumor hissini müqayisə etdilər - TƏDQİQAT

08:00 04-11-2019 672

Kişilər orta hesabla qadınlardan zarafatçıldılar.

Bu haqda “Psychology Today”in dərc etdiyi Britaniya və ABŞ psixoloqlarının tədqiqatınında bildirilir.

Alimlərin keçirdiyi 28 təstdə 5 mindən artıq insan iştirak edib. Onlardan istənilən mövzuda zarafat etməyi xahiş ediblər, məsələn, şəkili gülməli şərh etmək.

Zarafatları qiymətləndirərək alimlər belə qanaətə gəliblər ki, kişilərin 63%  qadınlardan daha gülməli zarafat edib.

Buna baxmayaraq, tədqiqatçılar müəyyən peşə sahibləri olan qadınların yumor hissinin daha güclü olduğunu qeyd ediblər. Məsələn, komediya janrında çalışan aktrisalar kişilərin 99 faizindən daha gülməli zarafat edirlər.

Alimlər kişilərin orta hesablı yumor hissinin daha güclü olmasını aralarındakı gizli rəqabətlə izah edirlər. Qadınlar daha çox məhz yumor hissi güclü olan kişilərə üstünlük verir və bu onların arasındakı rəqabəti artır.

Digər tərəfdən kişilər qadın zarafatlarına elə də önəm vermirlər.